Maraqlı

İki milyon dollarlıq avtomobilin BAŞINA OYUN AÇDILAR - VİDEO

12 Fevral 2018 03:30
0 Şərh     Baxış: 1 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin "Koenigsegg" şirkəti "Regera" avtomobil modelinin qəza testinin videosunu təqdim edib.

Milli.Az xəbər verir ki, videoçarx istehsalçının "İnstaqram" hesabında dərc edilib.

Videoçarxdan da görünür ki, "Regera" ən müxtəlif sınaqlara möhkəm dözür. Hiperkara yandan, öndən və arxadan zərbələr vurulur, həmçinin kömürsındıran çəkiclə zərbə endirilir. Bütün hadisələrdə avtomobilin kabinəsi öz formasını dəyişmir və təhlükəsizlik balışları yaxşı işləyir.

"Regera"nın tirajı cəmi 80 nüsxə təşkil edib. Onların hamısı satılıb. Hiperkar iki turbinli V8 mühərriki ilə təchiz edilib. Avtomobil 1500 at gücünə malikdir. Başlanğıcda avtomobilin dəyəri təxminən iki milyon dollar təşkil edirdi. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Опубликовано видео краш-теста гиперкара за два миллиона долларов

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.