Maraqlı

Sağlam və xoşbəxt yaşamaq üçün...

11 Fevral 2018 22:53
4 Şərh     Baxış: 1 408

Sevgi həm ruha, həm ürəyə, həm də sağlamlığa faydalıdır. Başqa sözlə, bu qısa həyatda sevgisiz yaşamaq olmaz. Birini sevdiyimizdə ürəyimiz daha sürətlə döyünür, daha sürətlə nəfəs alıb verir və bədəndə daha çox qan toplanır. Beləliklə, bədəndəki digər orqanlar daha məhsuldar çalışır. Bir sözlə, sevgi insanı gəncləşdirir, daha sağlam həyat sürməsinə kömək edir, insana enerji verir. Milli.Az ailem.az-a istinadən sevginin faydalarını təqdim edir.

Sevginin yaxşılaşdırıcı gücü

Sevginin bioloji və kimyəvi sirləri kəşf edildiyində sevən xəstələrin daha asanlıqla sağaldığı deyilir. Bunun səbəbi sevgi sayəsində qanın ürəkdə daha yaxşı işləməsi və immunitet sisteminin güclənməsidir. İnsanın sevdiyi ilə əl-ələ gəzməsinin də idmandan heç bir əskiyi yoxdur.

Sevən insanda dopamin, endorfin və adrenalin səviyyəsində artım olur. Dopamin səviyyəsi insana enerji verib xoşbəxtlik bəxş edir. Araşdırmalar zamanı 20 il evli olsalar belə, yenə də ürəkləri ilk görüşdəki kimi döyünən cütlüklərin olduğu müəyyənləşib. Yəni evlilik sevgini öldürmür. Əksinə, evlilik kişilərin ömrünü 7 il,  qadınlarınkını isə 2 il uzadır. Sevgiylə qurulan evlilik ömrü uzadır. İnfarktdan ölmə ehtimalı azalır.

Ayrılıq zamanı isə kortizol hormonun artması təzyiqin yüksəlməsi, çəki artımına səbəb olur. Bədəndə su və duz tutumu artır. Ayrılıq zamanı yaşanan üzüntü böyrək üstündə kortizol ifrazını artırır, ümumi sağlığa mənfi təsir edir.

Ayrılıq sonrası gələn üzüntü özünə qapanma, evdə oturma, hərəkətsiz yaşam, qeyri-sağlam qidalanmaya səbəb olur. Qırıq qəlb sindromu da güclü stress, kədər hissinin artması, ürək əzələlərinin zərər görməsi ilə nəticələnir.

Qısası, sağlam və xoşbəxt həyat yaşamaq üçün sevin, sevilin!

Milli.Az

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Fevral 23:1556

    Yalandi saqlam adami xeste edir sevgi mehebbet invalit edir adami sevgi.mehebbet hamisi naqildi insan sevdiyine qovushandan sonra quyruqu qapi arasindan cixana oxsuyur

    Cavab yaz
  • Anonim
    Gunel · 12 Fevral 00:0500

    Sevib evlenmisem 15 ildir.cox pesimanam sevgim mene xosbextcilik vermedi.yoldasim cox kobud insandir..kasss ki,oten gunlerimi geri qaytara bileydim.

    Cavab yaz
  • Anonim
    Zyuma · 12 Fevral 00:5400

    Esra xanim cox teessuflendim fikirlerinizden...Nece yeni sevgi mehebbet yalandi...Sevgisiz nece yawamaq olar?...Insani heyata baglayan yawadan stimul veren yalniz sevgidir...Sevmeye bacarmayan...sevginin varligina inanmayanlar en bedbext insanlardir...Sevgisiz heyatin ne menasi..nece yawamaq olar axi?... Sevmek..ve sevgiyle yawamaq lazimdir...onda heyatda gozel olur yawamaqda...severek yawayin...

    Cavab yaz
  • Anonim
    Z.N · 12 Fevral 02:4500

    "Dunyani sevgi xilas edecek !" Insanlari sevmek, heyvanlari sevmek, gulleri sevmek, heyati sevmek ve saire bunlar elbettde ki insani sağlam ve uzunömurlu eder Bizim Islam dinimiz de ele bunu isteyir bizden ♥️

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.