Maraqlı

Şahzadənin xanımı tənqid olundu, üzr istədi - FOTO

23 Dekabr 2017 14:12
1 Şərh     Baxış: 1 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya kraliçası 2-ci Yelizavetanın əmisi oğlu şahzadə Mayklın xanımı, şahzadə Kentli Mişel və ya Mariya Kristina fon Reybnis sinəsindəki bəzəyə görə üzr istəyib.

Milli.Az The Guardian-a istinadən bildirir ki, 72 yaşlı Kentli Mişel kraliçanın Bukinhem Sarayında verdiyi Milad naharına sinəsminə "blackamoor" stilində, zəncinin əks olunduğu broş vuraraq yolanmışdı.

Naharda şahzadə Harri və onun amerikalı nişanlısı, qaradərili, 36 yaşlı Meqan Markl da vardı.

Qızıl və brilyantdan olan bəzək Britaniyada sosial şəbəkələrdə kəskin narazılıq yaradıb, çünki belə qaradərili fiqurları əksər hallarda qulluqçu kimi təsvir olunur.

Şahzadə Kentli Mişel üzr istəyib.

"Bu broş hədiyyədir və indiyədək dəfələrlə istifadə olunub. Şahzadə Kentli Mişelo bəzəyin narazılığa yartamasına görə təəssüflənir", - şahzadənin nümayəndəsi bəyan edib.

Şahzadə Mişel Kentli 2004-cü ildə Nyu-Yorkdakı "Da Silvano" restoranında qaradərililərə "gəldiyiniz müstəmləkələrə qayıdın" söyləməkdə suçlanmışdı.

Şahzadə Mişelin atası, mənşəcə alman olan baron Günter fon Reybnitsin nasist Almaniyasında SS qoşunlarında xidmət etdiyi, nasist partiyasının üzvü olduğu da tarixi faktdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.