Maraqlı

Günəşə yetərincə su töksək sönərmi?

1 Yanvar 2018 11:20
0 Şərh     Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox insan bəlkə də, elm adamlarının kifayət qədər yaxşı danışmadığına görə, Günəşin planetimizdə bildiyimiz atəşə bənzər şəkildə "yanaraq" enerji istehsal etdiyini zənn edir. Bu da təbii olaraq ağıllara bu sualı gətirir; "Əgər kifayət qədər su töksək Günəş sönə bilərmi ?". Bu sualın cavabı, əgər Günəşin enerjisi Yerdə bildiyimiz kimyəvi reaksiyalar nəticəsində baş verən "od" ilə formalaşsaydı; Bəli olardı. Lakin Günəşdə nə od var, nə də "yanan" hər hansı bir şey.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, Günəşin parlayıb enerji yaymasını təmin edən mexanizm, çox böyük kütləsi səbəbindən mərkəz bölgəsində həddən artıq təzyiqə məruz qalan hidrogen atomlarının birləşərək heliuma çevrilməsi və bu dəyişiklik zamanı enerjinin çıxmasıdır. Buna, nüvə enerjisi deyilir.

Yəni, Günəşin parlamasını təmin edən şey, "çox ağır" olmasıdır. O qədər ağırdır ki, mərkəzində yerləşən atomlar bu ağırlığın təzyiqinə dözməyərək bir-biri ilə birləşməyə başlayırlar. Beləliklə, Günəşi söndürmək üçün üstünə su tökmək və ya Günəşi qaldırıb bütövlekdə suya atmaq (bu qisim mənasız oldu bilirəm, bəli) onu söndürmür.

Əksinə, üzərinə tökdüyünüz su da Günəşin nəhəng cazibəsi tərəfindən çəkilərək öz kütləsinə əlavə olunur. Bu "su", mərkəz bölgəsindəki təzyiqi artırır və ulduzumuzun daha çox parlamasını təmin edir. Yəni Günəş, əlavə etdiyiniz o suyu da yanacaq kimi istifadə edir.

Bəs suya nə olur ki Günəşdə yanacağa çevrilir ?

Su(H2O), 2 hidrogen və 1 oksigen atomundan əmələ gəlir. Günəşin yüksək temperaturu və cazibəsindən qaynaqlanan böyük təzyiq, bu atomları bir-birindən ayırır. Nəticədə, Günəşin yanacaq olaraq istifadə edəcəyi bol hidrogen və uzun illər sonra yanacaq kimi istifadə etməsi mümkün olan bol miqdarda oksigen ortaya çıxır.Yuxarıda təsvir edilən ssenarinin gerçəkləşməsi üçün hökmən ki su da lazım deyil. Günəşə "hamısını örtəcək qədər" torpaq töksəz də eyni şey olar. Torpağın tərkibindəki karbon, silisium, azot və oksigen yenə Günəşin yeni yanacağı kimi öz yerini alır.Nümunələri bir az da genişlətsək; Günəşə su tökməklə xam neft tökmək arasında fərq yoxdur. Günəş hər ikisini də böyük bir məmnuniyyətlə, nüvə yanacağı kimi istifadə edəcəkdir. Bu arada, Günəşə xam neft tökərkən neft bizim alışıq olduğumuz şəkildə yanmaz. Birləşmələrinə ayrılaraq yenə Günəşdəki nüvə reaksiyada iştirak edəcək atomlara çevrilir.
Buna baxmayaraq yenə də söndürmək istəyirsinizsə; Günəşə kifayət qədər -bir neçə dəfə Günəş kütləsi, - su tökərək kütləsini və nüvəsindəki təzyiqi müəyyən bir kritik həddə qədər qaldırsanız, axır - əvvəl bir süpernova partlaması ilə yox olub gedəcəkdir. Bəli, o zaman arxada bir neytron ulduzu və ya qara dəlik qoyaraq sönmüş olacaq. Eyni şeyi Günəşə kifayət qədər benzin tökərək də edə bilərsiz, fərqi yoxdur, benzin ilə su və ya bir günəbaxan yağı Günəş üçün eyni şeydir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.