Maraqlı

"Ruhlar vadisi"nin daha bir SİRRİ ÜZƏ ÇIXDI

11 Fevral 2018 19:48
0 Şərh     Baxış: 2 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən sirli məkanlarından olan Stounhenc və ya "Ruhlar vadisi"nin sirləri uzun zamandır araşdırılır. Amma hər dəfə də yeni müəmmalar alimləri təəccübləndirməkdə davam edir. Britaniyalı alimlər bu unikal, sirli yerlə bağlı daha bir maraqlı fakt ortaya qoyublar. Belə məlum olub ki, Stounhenc xüsusi akustikaya malikdir. Ona görə də bu daşlar qəribə şəkildə düzülüb ki, səs əks-sədası ahəngdar olsun. Bu daşlara toxunduqda qəribə, nizamlı səslər meydana çıxır, sanki açıq səma altında xüsusi texnologiya ilə səs akustikası yaradılıb.

Milli.Az xəbər verir ki, alimlər bunu səs analiz edən aparatlar vasitəsilə müəyyənləşdiriblər. Belə qənaətə gəlinib ki, "Ruhlar vadisi" beş min il əvvəl keltlərin bir növ, "konsert zalı" kimi bir yer olub, burada ayinlər təşkil olunurmuş. Başqa bir mülahizəyə görə isə, burada Günəşin hərəkətini müəyyən edən məbəd yerləşirmiş. Bu möhtəşəm abidə eyni zamanda özündə Günəş sisteminin eninə kəsilmiş modelini ifadə edir. Bu modelə əsasən Günəş sistemi 12 planetdən ibarətdir.

Stounhenc dairə formasında yerləşdirilmiş böyük daşlardan ibarət tikilidir. İngilis dilindən tərcümədə Stounhenc "daş hasar" mənasını verir. Təqribən 4.5 m. hündürlüyündə, hər biri təqribən 25 ton ağırlığında təxminən 30 ədəd daş blokun birləşdirilməsindən əmələ gəlib. Bu tikilinin ən diqqətçəkən xüsusiyyətlərindən biri burada istifadə edilmiş mavi daşlardır. Çünki Stounhencin yaxınlığında hər hansı mavi daş mənbəyi yoxdur. Aparılan tədqiqatlar bu daşların Preseli dağlarından tikilinin olduğu yerə gətirildiyini üzə çıxarıb. Amma o yer də Stounhencdən təxminən 380 km uzaqlıqdadır. Maraqlıdır ki, ibtidai şəraitdə yaşayan, əllərindəki yeganə alət ling, kötükdən düzəldilmiş sal və daş baltalar olan insanlar tonlarla ağırlıqdakı bu daşları Stounhencin olduğu əraziyə necə gətirmişdi? Bütün bunları nəzərə alaraq, Stounhencin adi insanlar tərəfindən deyil, yüksək sivilizasiya tərəfindən tikildiyi güman edilir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.