Maraqlı

İlin ən yaxşı idmançıları seçildi - Balaca Hüseyn ağladı - VİDEO - FOTO

18 Dekabr 2017 10:33
0 Şərh     Baxış: 1 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyada "BBC Sports Personality 2017" mükafatlarının təqdimat mərasimi keçirilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Liverpuldakı "Echo Arena"a keçirilən mərasimin aparıcısı Qabbi Loqan idi.

"İlin idmançısı" nominasiyasında dünyaca məşhur britaniyalı atlet, dördqat Olimpiya çempionu Mo Farah qalib gəlib.

Mərasimə videogörüntü vasitəsilə qoşulan Mo Farah seçimə görə minnətdarlığını bildirib.

Videomüraciət zamanı Monun 2 yaşlı oğlu Hüseyn atasının qucağından düşürüldüyü və anasına verildiyi üçün ağlayıb. Bu səbəbdən Mo aparıcının suallarını cavablaya bilməyib.

"İlin ən yaxşı idmançısı" nominasiyasında Mo Farahın rəqibləri velosipedçi Kris Frum, "Formula-1" pilotu Lüis Hemilton, boksçu Entoni Coşua, futbolçu Harri Keyn, tennisçi Yohanna Konta, yüngül atlet Conni Pikok, üzgüçü Adam Peyti, motosikletçi Conatan Re, kriketçi Anya Şrusbole və taekvondoçu Byanka Uokden və başqaları idilər.

Səsvermənin nəticələrinə görə motoralliçi Conatan Rea ikinci, Conni Pikok isə üçüncü yeri tutublar.

"Sanderlend" klubunun ən kiçik və ən məşhur azarkeşlərindən biri, xərçəng xəstəliyindən bu il vəfat etmiş Bredli Lourinin valideynləri Karl və Cemmaya oğullarına görə mükafat təqdim olunanda zal onları ayaq üstə alqışlayıb.

Lourinin mükafatını onun valideynlərinə İngiltərənin futbol yığmasının oyunuçusu Harri Keyn və komandanın baş məşqçisi Qaret Sautqeyt təqdim ediblər.

"BBC Sports Personality 2017"in qaliblərini təqdimm edirik:

"Hellen Rollason mükafatı" - Bredli Loueri

"İlin gənc idmançısı" - Fil Foden (futbol)

"İlin yaşam qətiyyəti" 0 Cessika Ennis-Hill (atletika)

"İlin məşqçisi" - Benke Blomkvist, Stiven Maquayr və Kristian Malkolm

"İlin komandası" - İngiltərənin kriket üzrə yığması

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İlin ən yaxşı idmançıları seçildi -  balaca Hüseyn ağladı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.