Maraqlı

Səmadakı obyekt UNO zənn edilirdi, hərbi texnika olduğu açıqlandı - VİDEO - FOTO

18 Dekabr 2017 11:13
1 Şərh     Baxış: 2 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın hərbi dəniz donanmasının üzvləri Sakit okean üzərində təlim keçərkən naməlum uçan obyektlə qarşılaşıblar.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, onlar bildiriblər ki, iki həftədir bu obyektləri izləyirlər. Onların dediyinə görə, obyekt əvvəlcə dəniz səviyyəsindən 24 min metr yüksəklikdə olub, sonra dənizə yaxınlaşıb. Daha sonra isə radardan itib.

Fravor və Slaight adlı hərbiçilər savaş gəmisinin operatoru tərəfindən təlimatlandırılıblar. Radarda siqnal olmadığını deyən hərbçilər suyun fərqli şəkildə dalğalandığını görüblər.

Fravorun dediyinə görə, suyun fərqli şəkildə dalğalanmasına səbəb olan ağ, oval formalı cisim idi.

Onlar həmin cismə yaxınlaşmaq istəyəndə obyekt sürətlə onlardan uzaqlaşıb.

"Sürətlə uzaqlaşaraq gözdən itdi. Onun nə qanadları nə də pərləri vardı".

Fravorun 2004-cü ilin noyabr ayında gördüyünü iddia etdiyi obyekytin Pentaqon tərəfindən hazırlanmış, naməlum uçan obyektlərin araşdırılması üçün milyon dollarlıq proqrama düşdüyü açıqlanıb.

"The Advanced Aviation Threat Identification Program" adlandırılan obyekt 2007-ci ildən 2012-ci ilədək səmada olub. Ona ildə büdcədən 22 milyon dollar ayrılıb. O, bu illər ərzində səmadakı hərbi təyyarələri və digər uçan obyektləri qeydə alıb.

Müdafiə Nazirliyi iki gün əvvəl belə bir cismin olduğunu təsdiqləyib. Lakin rəsmilər diqqəti yayındırmağa çalışıblar.

Qeyd edək ki, proqramı Daniel Inouye-nin dəstəyi ilə Harry Reid hazırlayıb.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Səmadakı obyekt UNO zənn edilirdi, hərbi texnika olduğu açıqlandı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.