Maraqlı

Pişik 40 dəqiqə paltaryuyan maşında yuyuldu, sağ qaldı

16 Dekabr 2017 15:23
3 Şərh     Baxış: 4 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveçin paytaxtı Osloda "Zero" ləqəbli pişik 40 dəqiqə işlək paltaryuyan maşında qalıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, pişik işə salınan maşının sakitcə içərisinə girib və orada 30 dərəcə temperaturda 40 dəqiqə ərzində yuyulub.

"Zero"nu orada evin 14 yaşlı oğlu Yoakim aşkarlayıb. Bir qədər səntirləyən və qusmağa başlayan pişik veterenara götürülüb. İki gün klinikada qalan pişiyin vəziyyəti normallaşıb və o, əvvəlki şən əhval-ruhiyyəsinə qayıdıb. Amma Yoakimin ailəsi indi paltaryuyan maşının barabanını yoxlamamış onu işə salmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.