Maraqlı

İnternetdə tanış olduğu qadınla görüşmək istədi, döyüldü - VİDEO - FOTO

16 Dekabr 2017 11:14
1 Şərh     Baxış: 4 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lyu Min internetdə, sosial şəbəkələrdən birində tanış olduğu Fen Duan adlı qadına aşiq olmuşdu. Qadın da onu sevdiyini yazırdı.

Lyu Min qadınla görüş barədə razılaşıb və həmin qadının yaşadığı şəhərə yollanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 43 yaşlı Lyu Çinin mərkəzindəki Uhan vilayətindən ölkənin cənub-qərbindəki Fuyuan əyalətinə yollanıb.

1142 km məsafə qət etmiş Lyunu sevgilisi Fen yox, həmin qadının əri "qarşılayıb".

Fen Duanın əri Çji Duan arvadının məşuqunu tutub və vağzalın önündəki meydanda ağaca bağlayıb.

Sonra isə Çji və onun üç dostu Feni kəmərlə, şallaqla döyməyə başlayıblar. Baş verənlər smartfonla çəkilib, video isə sosial şəbəkələrdə paylaşılıb.

3 uşaq anası Fen Duan videoda görünmür. İki oğlu və bir qızı olan Lyu Min döyüləndən sonra buraxılıb.

O, polisə şikayət edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İnternetdə tanış olduğu qadınla görüşmək istədi, döyüldü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.