Maraqlı

Riçard Gir "Real"ın sabiq vitse-prezidentinin qızı ilə ailə quracaq

16 Dekabr 2017 08:48
2 Şərh     Baxış: 1 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivudun 68 yaşlı aktyoru Riçard Gir "Real Madrid" klubunun sabiq vitse-prezidentinin artıq 3 ildir ki, görüşdüyü 34 yaşlı qızı Aleksandra Silva ilə ailə həyatı quracaq.

Milli.Az "Report"a istinadən bildirir ki, jurnalistlər onların bu niyyətini Milanda keçirilən xeyriyyə mərasimi zamanı ispan Aleksandranın barmağında nəzərə çarpan nişan üzüyündən anlayıblar.
Aleksandranın adsız barmağına taxdığı üzərində iri brilyant qaş olan ağ qızıldan hazırlanmış nişan üzüyü paparatsilərdə şübhə yeri qoymayıb.
Lakin nə Gir, nə də Silva gələcək planları barədə şərh vermirlər, odur ki, onların toyunun nə zaman olacağı məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.