Maraqlı

84 nəfəri öldürmüş manyak - Özləri günahkardılar - VİDEO - FOTO

15 Dekabr 2017 17:32
2 Şərh     Baxış: 6 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hesab"ında 20-dən artıq qətl olan, "Anqara qəssabı" kimi tanınan Mixail Popkovın yeni məhkəmə prosesi başlayır.

Milli.Az Ren TV-yə istinadəçn bildirir ki, əməllərinə görə ömürlük həbs cəzası alan və indi həbsxanada olan sabiq milis əməkdaşının yenidən məhkəməyə cəlb olunmasının səbəbi onun daha 60 qadının qətlində suçlanmasıdır.

M.Popkov ilk qətlini hələ 1992-ci ildə törətmişdi.

Müstəntiqlər onu iki qızı aldadaraq apardığı və başlarını balta ilə kəsdiyi yerə, İrkutsk şəhərinin kənarındakı meşəliyə aparıblar.

"Qızları tanımırdım. Buraya gətirdim və öldürdüm. Soyadları da yadımda deyil. Fotolarına baxanda xatırladım onları", - M.Popkov söyləyib.

M.Popkov 84 qətldə ittiham olunur.

İstintaq materiallarına görə, Mixail Popkovda psixi sapıntılar və ruhi-əsəb xəstəliklər olmayıb.

M.Popkov milis paltarında, şəxsi avtomobilində olarkən "qurban"larını arayırdı. Onun "axtarış yer"ləri adətən restoran və ya diskotekaların yanı olurdu.

"Qurban"ına "Gəlin, sizi aparım!" deyir, sonra da zavallını ya qəbristanlığa, ya da meşəliyə aparırdı.

Qətl üçün də balta, yivaçan, yaxud sapyor belindən istifadə edirdi.

"O insanların günahları vardı. Onların özləri günahkar idilər", - M.Popkov deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Убивший более 80 человек

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.