Maraqlı

"Çakır"ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər

15 Dekabr 2017 14:11
1 Şərh     Baxış: 6 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kurtlar vadisi" serialından Süleyman Çakır obrazı ilə tanınan akttyor Oktay Kaynarcanın illər sonra sirri üzə çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 2009-cu ildə atası Adil Kaynarcanı itirən aktyora çoxsaylı başsağlığı verilmiş, dostları dərin hüznlərini bildirmişlər. Lakin Adil Kaynarca Oqtayın atası yox, əmisi imiş. Anası və atası Özkan Kaynarca ilə Almaniyada yaşayan aktyorun əmisi Adil hər il xanımını qardaşıgilin yanına tətilə göndərirmiş.

Oqtay 5 yaşında olarkən belə tətillərin birində atası əmisi arvadını hava limanından götürməli olur. Evə gələrkən qəzaya düşən atası Özkanla əmisi arvadı dünyalarını dəyişir. Bundan sonra Oqtayın anası Nursellə əmisi Adilin evlənməyinə qərar verilir. Oqtal illərlə əmisini atası bilsə də, sonralar bu sirri öyrəndikdə məsələyə normal yanaşıb. O, Adil Kaynarcanın ölümündən sonra "Həm atamı, həm də əmimi itirdim" yazaraq paylaşım etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.