Maraqlı

Yeni skanerli smartfon təqdim olunacaq

16 Dekabr 2017 07:11
0 Şərh     Baxış: 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın kompüter komponentləri istehsalçısı olan "Synaptics" şirkəti ekranın alt hissəsinə qurulmuş "Clear ID" barmaq izi skanerinin işlək prototipini yaradıb. Bu texnologiya ilə təchiz edilmiş ilk smartfon 2018-ci ilin yanvarında təqdim ediləcək. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin mütəxəssisləri bildiriblər ki, "Clear ID FS9500" sensoru OLED  ekrana malik istənilən cihazda ekranın alt hissəsində işləyə bilər. Barmaq izini müəyyənləşdirmək üçün sensor ekranı işıqlandıracaq və təsviri oxuyacaq. "Synaptics" şirkətindən bildirilib ki, sensor, hətta qalınlığı 1,5 mm-dək olan qoruyucu şüşələrlə də işləyə bilər. Məlumatların ötürülməsi TLS protokolu üzrə AES və ECC şifrləmə metodu vasitəsilə həyata keçiriləcək.
 
"Synaptics" şirkətinin məlumatına görə, "Clear ID" sensoruna malik ilk  smartfon gələn ilin yanvarında keçiriləcək "CES-2018" sərgisində təqdim ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.