Maraqlı

“Twitter” videoların baxılma sayını hesablamağa başladı

16 Dekabr 2017 08:15
0 Şərh     Baxış: 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Twitter" platformada yerləşdirilən videoların baxılma sayını göstərəcəyini elan edib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə mikrobloqlar şəbəkəsindən bildiriblər. 

"Twitter"in həm orqanik, həm də reklam videolarında baxışların sayı hesablanacaq. Burada ancaq pre-rollar istisnadır. 

"Videoink" portalı qeyd edib ki, bir çox istifadəçilər şikayət ediblər ki, onlar mobil cihazlardan olan baxışları görmür. Bununla belə, portal yazır ki, yenilik reklam verənlər tərəfindən böyük marağa səbəb ola bilər. Onlar digər sosial şəbəkəni - "Facebook"u misal olaraq çəkərək bildiriblər ki, "Facebook" bu funksiyanı 2014-cü ildən tətbiq edir.  

Əlavə edək ki, "Twitter"də videoların baxılması ikinci saniyədən sonra hesaba alınır. "Facebook" və "Instagram"da isə bu göstərici üçüncü saniyədən hesaba alınmağa başlanılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.