Maraqlı

Yeni dron ifrat zəhmətlə mübarizə aparacaq

14 Dekabr 2017 08:51
0 Şərh     Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Taisei" şirkəti ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə üçün orijinal həll təklif edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Taisei" şirkəti tərəfindən hazırlanmış dron iş günü başa çatdıqdan sonra işdə oturmuş əməkdaşları ofisi tərk etməyə məcbur edəcək. Daxili kameranın köməyi ilə əməkdaşları izləyən "T-Frend" adlı pilotsuz təyyarə avtonom rejimdə işləyəcək. Dronun propellerlərinin səs-küyü, həmçinin səsləndirilən musiqi əməkdaşları ofisi vaxtında tərk etməyə məcbur edəcək.

"T-Frend" adlı dronun özəlliyi ondadır ki, pilotsuz təyyarənin ofisdə hərəkəti üçün GPS tələb olunmur. Dron əsas musiqi kimi Şotlandiyanın "Auld Lang Syne" adlı mahnısının yapon versiyasından istifadə edəcək. İş gününün başa çatması haqda əməkdaşları xəbərdar edən bu musiqi Yaponiyanın bir çox müəssisələrində səsləndirilir.

Gözləntilərə görə, "T-Frend" dronu apreldə əlçatan olacaq. Şirkətlər aylıq təxminən 445 dollara pilotsuz təyyarəni kirayələyə biləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.