Maraqlı

Telefon örtükləri ilə qan analizi

14 Dekabr 2017 23:10
0 Şərh     Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Telefon örtükləri, smartfonun bir qoruyucusu olmaq imkanından üstün olur. Yeni yaradılan 3D təzyiqli bir telefon örtüyü qan nümunələrini analiz edərək, sağlamlıq vəziyyəti haqqında məlumat verə bilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Kaliforniya Universitetinin araşdırmaçıları, GPhone adlı 3D təzyiqli bir telefon örtüyü yaratdı. Bu anda prototip mərhələsində olan örtük, telefona qoşularaq ondan güc alır. Təkrar istifadə edilə bilən bir sensor GPhone-nin bir küncünə yerləşdirilir və təzyiqli dövrə kartına bağlanır. Pellet qisiminə qan nümunəsi qoyulduğunda analiz əməliyyatına başlanır.

Pellet, qlikoz-oksidaz adı verilən bir ferment ehtiva edir və bu bir elektrik siqnalı çıxarmaq üçün qandakı qlikoz ilə reaksiyaya girir. Qandakı qlikoz konsentrasiyası ilə doğru mütənasib olan elektrik siqnalı, qlikoz konsentrasiyasının ölçüsünü təmin edir.

Alınan məlumatlar Buletooth yolu ilə bir Android tətbiqinə köçürülür. Telefon örtüyünün həyata keçirdiyi oxumalar saxlanaraq, istənilən vaxt həkimə təqdim edilə bilər. Cihazların ağıllı olması ictimai həyatımızda bəzi mənfi təsirlər yaratsa da, sağlamlıq məlumatlarını əldə etmək artıq çox asan bir hal alır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.