Maraqlı

Nyu-York terrorunda İŞİD izi tapıldı - VİDEO - FOTO

12 Dekabr 2017 10:15
0 Şərh     Baxış: 3 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nyu-York şəhərinin Manhetten səmtində dünən partlayışı törədən Akayed Ulla terrorçudur.

Milli.Az NBC-yə istinadən bildirir ki, Nyu-York ştatının qubernatoru Endryu Kuomonun dediyinə görə, əslən Banqladeşdən olan 27 yaşlı A.Ulla bu aksiyanı "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının təsiri altında törədib.

Polisdən verilən məlumata görə, taksi sürücüsü işləyən A.Ulla partladıcı qurğunu şəkər, kibrit və fişənglərdən hazırlayıbmış. Manhettenin mərkəzində, 42-ci küçənin və 8-ci avanyunun kəsişməsindəki "Port Authority" nəqliyyat qovşağındakı partlayışda 3 nəfər və A.Ullanın özü yaralanıb.

İlkin məlumatlara görə, ABŞ-a "Green Cart"la yollanmış A.Ulla ailəsindəki davadan və Fələstindəki olayların təsirindən belə addım atıb.

7 il əvvəl ABŞ-da yaşamağa başlamış A.Ulla hazırda Belvyu hospitalındadır.

Partladıcı qurğu A.Ullanın nəzərdə tutduğu vaxtdan əvvəl partlamasaydı, böyük tələfat olacaqdı.

A.Ulla bu qurğunu ötən həftə internetdə "təlimat"ları oxuyandan sonra hazırlayıb.

O, polisə verdiyi ifadəsində bildirib ki, partlayışı Fələstinin Qəzza bölgəsində müsəlmanlara qarşı İsrailin yürütdüyü siyasətə etiraz əlaməti olaraq törədib.

Nyu-Yorkun polis rəisi Ceyms O-Nilin dediyinə görə, A.Ulla partladıcı qurğunu bədəninə skotçla bağlayıb: "Onun "canlı bomba"ya verilmək istəyi istisna deyil. Lakin partladıcı qurğu vaxtından əvvəl işə düşüb".

Nyu-Yorkun meri Bill de Blazio isə bildirib ki, A.Ulla təkbaşına olub: "Bundan başqa, polis onun hazırlaya biləcəyi digər partladıcı qurğuları aşkarlamayıb".

Banqşladeşdə yaşayarkən A.Ulla qanunu pozmayıb.

Banqladeşin DİN-nin rəhbəri Şahidul Hokenin dediyinə görə, A.Ulla əslən ölkənin cənub-şərqindəki Çittaqonq şəhərindəndir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:

Камера сняла момент взрыва в переходе на Манхеттене

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.