Maraqlı

İnternetin ən qəzəbli babası öldü - VİDEO

11 Dekabr 2017 14:35
1 Şərh     Baxış: 2 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

YouTube-da populyar "TheAngryGrandpaShow" akkauntunun banisi və müəllifi Maykl Qrin atasının, internetdə "ən qəzəbli baba" kimi tanınan 66 yaşlı Çarlz Qrinin vəfat etdiyini bildirib.

Milli.Az bildirir ki, akkauntda bununla bağlı video paylaşılıb.

Videoda ağlayan Qrin atasının dəri xərçəngi ilə uzun müddətdən bəri davam edən mübarizədən sonra vəfat etdiyini söyləyib.

Onun sözlərinə görə, atasında dəri xərçəngi fevralda aşkarlanmışdı.

"On ildən bəri davam edən gözəl macəramıza görə, YouTube-dan topladığım pulla atama arzusunun maşınını almağıma görə minnətdaram", - Maykl Qrin söyləyib.

"TheAngryGrandpaShow" akkauntunun 3,4 milyon daimi təqibçisi var.

Kanalı məşhurlaşdıran oğlunun zarafatlarına çox qəzəbli reaksiya verən, mebeli və oğlunun qacetlərini darmadağın edən Çarlz Qrinin davranışı idi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ən qəzəbli baba öldü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.