Maraqlı

B qrupu vitaminlər şizofreniya əlamətlərini azaldır

12 Dekabr 2017 21:15
0 Şərh     Baxış: 1 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngilis alimləri B qrupu vitaminlərinin şizofreniya əlamətlərini böyük nisbətdə azaltdığını aşkar ediblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İngiltərədəki Tibbi Araşdırma Şurası (Medical Research Council) və Mançester Universitetinin təmin etdiyi və dünya səviyyəsində həyata keçirilən bir araşdırma, yüksək dozada B qrupu vitaminlərinin köməyi ilə birlikdə tətbiq olunan şizofreniya müalicəsinin, standart müalicələrə nisbətdə xəstəlik əlamətlərini daha böyük nisbətdə azaltdığını müəyyən edib.
 
Araşdırmaçılar təsadüfi seçilmiş 18 klinikadan 832 xəstənin məlumatlarını araşdırdı.
Araşdırmalar nəticəsində, yüksək dozada ya da başqa vitaminlərlə verilən B vitamini köməyi ilə şizofreniyanın psixiatrik əlamətlərini azaltdığı müşahidə edilsə də, daha az dozada möhkəmlətmə verilən xəstələrdə hər hansı bir əlamətə rast gəlinmədi.
Bundan əlavə, şizofreniyanın erkən mərhələlərində verilən B vitamininin daha təsirli olduğu müəyyən olundu. Araşdırmanın müəlliflərindən Mançester Universitetindən olan Cozef Firs mövzu barəsində məlumat verdi: "Bu araşdırma hazırda tam müalicəsi tapılmayan bu xəstəlik üçün yeni müalicə üsulları inkişaf etdirmək adına əhəmiyyətli bir inkişaf ola bilər."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.