Maraqlı

Uber 20 yaşlı hakerə 100000 dollar verdi

12 Dekabr 2017 08:25
0 Şərh     Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ keçən ay "Uber" şirkəti 2016-cı ildə baş vermiş böyük kiberhücum nəticəsində 57 milyon istifadəçinin məlumatlarının oğurlanmasını etiraf etmişdi.
Şirkət bu hadisə barəsində təfərrüatlar verməsə də, Reuters saytının jurnalistləri hadisə ilə bağlı bəzi məlumatları əldə etməyi bacarıblar. Məlumata əsasən keçən il "Uber" kimliyi bilinməyən bir şəxsdən anonim ismarıc almışdı. Həmin ismarıcda kimliyi bilinməyən şəxs oğurlanmış məlumatlar qarşılığında pul tələb edirdi. Şirkət isə öz növbəsində həmin şəxsin kimliyinin müəyyən edilməsi və bu barədə məlumat verilməməsi şərti ilə 100.000$ ödəməyə razılıq vermişdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, həmin hacker Floridada yaşayan 20 yaşlı gənc imiş. O, anası ilə birlikdə kiçik evdə yaşamış və beləliklə hesabların ödənilməsində anasına kömək etmək istəyib. Uğurlu kiberhücumu reallaşdırmaq üçün 20 yaşlı gənc GitHub-dakı lazımi kodu əldə etmək üçün kimliyi bilinməyən digər bir şəxsə pul ödəmişdi. Oğurlanmış məlumatların həqiqətən də məhv olmasına əmin olmaq üçün "Uber" hackerin kompüterini detallı şəkildə incələyib.

Maraqlısı isə ondadır ki, şirkət həmin məbləği hackerə bug bounty proqramı çərçivəsində ödəyib. Bu proqram çərçivəsində isə təhlükəsizlik üzrə mütəxəssislər hansısa servisin sistemində boşluqlar aşkar etdikləri üçün pul mükafatı alırlar və bu mükafat adətən 5-10 min dollar civarında olur. Lakin 100.000$ dəyərində olan tranzaksiya bu ödənişləri emal edən HackerOne platformasında tarixi rekorda imza atıb. Məlumata əsasən "Uber"in keçmiş CEO-su Travis Kalanick kiberhücum və pul ödənişi hadisəsi ilə bağlı məlumatlı idi. Lakin hər halda bu hadisəni gizlətmək lazım deyildi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.