Maraqlı

İlk OLED panellər çap olundu

12 Dekabr 2017 08:21
1 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada şırnaqlı çap metodunun köməyi ilə hazırlanmış ilk işıq diodu panelləri, nəhayət ki, satışa çıxarılıb. Yaponiyanın "JOLED" şirkəti tibbi monitorlarda istifadə üçün çap edilmiş panellərin ilk partiyasını tədarük edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ildə "Panasonic" və "Sony" şirkətlərinin ümumi müəssisəsi kimi təsis edilmiş "JOLED" şirkəti elastik ekranlar bazarında öz yerini tutmağa çalışır. Hazırda Cənubi Koreya istehsalçıları bu sektorda liderlik edirlər. Koreya şirkətləri panellərin istehsalı üçün vakuumda termik buxar texnologiyasından istifadə edirlər. "JOLED" şirkəti tərəfindən istifadə edilən şırnaqlı çap metodu isə istehsal xərclərini xeyli azaldır.

Nisbətən yüngül və əla rəng göstəricilərinə malik olan "JOLED" panellərini qatar, təyyarə, avtomobil və smartfonlarda istifadə etmək mümkün olacaq. "Biz, həmçinin televiziya panelləri istehsalçılarına bu texnologiyanın sirrini verə bilərik" - şirkətin əsas texniki direktoru Takubo deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.