Maraqlı

Ən yaxşı işə götürənlərin REYTİNQİ

12 Dekabr 2017 07:51
0 Şərh     Baxış: 1 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Glassdoor" kadr agentliyi hər il ən yaxşı işə götürənlərin reytinqini tərtib edir. "Apple" şirkəti bu siyahıda həmişə yüksək pillədə qərarlaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Glassdoor" agentliyi 10 il ərzində işə götürənlərin reytinqini tərtib edir. 2009-cu ildə "Apple" şirkəti ən yaxşı işə götürənlərin siyahısına daxil edilib və 19-cu yeri tutub. 2010-cu ildə korporasiya 22-ci, 2011-ci ildə 20-ci olub. 2012-ci ildə ABŞ şirkəti siyahıda 10-cu yerdə qərarlaşıb.

Bundan sonra şirkətin nəticələri pisləşməyə başlayıb: şirkət 2013-cü ildə 34-cü,  2014-cü ildə 35-ci, 2015 və 2016-cı illərdə müvafiq olaraq 22 və 25-ci yerləri tutub.

2017-ci ildə Tim Kukun korporasiyası işə götürənlərin reytinqində 36-cı yerlə kifayətlənib. Agentlik tərəfindən 2018-ci il üçün tərtib edilmiş reytinqdə "Apple" 48 mövqe geriləyərək 84-cü olub.

Reytinq bu və ya digər şirkətin əməkdaşları arasında keçirilmiş sorğu əsasında tərtib edilir. Onlara işəgötürənin məmnunluq dərəcəsini beş ballıq şkala üzrə qiymətləndirmək təklif edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.