Maraqlı

“Əşyalar interneti” bazarında xərclər 1 trilyon dollara çatacaq

12 Dekabr 2017 07:11
0 Şərh     Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"International Data Corporation" (IDC) şirkəti yaxın illər üçün dünya "Əşyalar interneti" (IoT) bazarı üzrə proqnoz təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, qiymətləndirməyə görə, sona çatmaqda olan 2017-ci ildə "IoT" seqmentində xərclər təxminən 674 milyard dollar təşkil edəcək. 2018-ci ildə 14,6 faiz artım gözlənilir: nəticədə sahənin həcmi 772,5 milyard dollara çatacaq.
 
Bildirilir ki, növbəti ildə "Əşyalar interneti" bazarında iri seqment aparat təminatı sektoru olacaq: burada xərclərin 239 milyard dollar olacağı gözlənilir. "Əşyalar interneti" bazarında investisiyalar üzrə lider sahələr arasında nəqliyyat, istehsal, telekommunikasiya və energetika qeyd olunur.
 
Analitiklərin fikrincə, 2017-2021-ci illərdə dünya "Əşyalar interneti" bazarında mürəkkəb faizlərdə ortaillik artım tempi (CAGR) 14,4 faiz təşkil edəcək. Nəticədə 2020-ci ildə sahə 1 trilyon dollar həddini adlayacaq. 2021-ci ildə "IoT" sahəsində xərclərin 1,1 trilyon dollara çatacağı proqnozlaşdırılır.
 
Qeyd edək ki, "IoT" bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.