Maraqlı

Dünyanın ən sürətli krossoveri göstərildi - FOTO

10 Dekabr 2017 18:05
0 Şərh     Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sant-Aqatada keçirilən xüsusi tədbirdə İtaliyanın Automobili Lamborghini S.p.A. şirkəti istehsalat tarixində ilk yolsuzluq avtomobilini təqdim edib. O, Lamborghini Urus adlandırılıb və öz seqmentində bütün rəqiblərinə meydan oxumağa hazırdır.

Milli.Az auto.az-a istinadən bildirir ki, rəsmi təqdimata qədər güman edildiyi kimi, yeni idmansayağı yolsuzluq avtomobili Lamborghini Urus yüksək məhsuldarlığa malik 4.0 V8 twin turbo mühərriki alıb. O, 650 a.g. və 850 Nm fırlanma anına malikdir.

Məhsuldarlığa hesablanmış avtomobil Lamborghini Urus-un ağırlıq mərkəzini azaltmaq üçün mühəndislər yükləyicisi olan mühərriki aşağı səviyyədə quraşdırıblar, o cümlədən mərkəzi turbo kompressoru yanma kamerasının yanına yerləşdiriblər. Beləliklə, güc aqreqatının reaksiyasını yaxşılaşdırıblar.

Məlumata görə, avtomobil yerindən ilk yüzlüyə 3,6 saniyəyə sürətlənir. 0-dan 200 km/saata isə yolsuzluq avtomobili Lamborghini Urus 12,8 saniyəyə sürətlənir. Çoxdan gözlənilən yolsuzluq avtomobilinin maksimal sürəti 305 km/saatdır. Avtomobil 8-pilləli avtomat sürət qutusuna və tam ötürücüyə malikdir.

Bir daha təkrar edək. Xanımlar və cənablar, qarşınızda dünyanın ən sürətli yolsuzluq avtomobilidir! Müqayisə üçün deyək: 600-güclü Bentley Bentayga ilk yüzlüyü 4,1 saniyəyə (301 km/saat), 550-güclü yolsuzluq avtomobili Porsche Cayenne Turbo 3,9 saniyəyə (286 km/saat), 510-güclü krossover Mercedes-AMG GLC 63 S 3,8 saniyəyə (250 km/saat), 717-güclü Jeep Grand Cherokee Trackhawk isə 3,7 saniyəyə sürətlənir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.