Maraqlı

İlk SMS mesajın məzmunu bilindi

7 Dekabr 2017 07:11
0 Şərh     Baxış: 2 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada mobil telefona ilk SMS mesaj 25 il bundan əvvəl Nil Papvort tərəfindən öz iş yoldaşına göndərilib. Bu haqda mətn mesajının müəllifi "Sky News" telekanalına məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, dünyada ilk SMS mesajı "Vodafone" telekommunikasiya şirkətinin direktoru qəbul edib. Mesajın mətni "Milad bayramın mübarək" sözlərindən ibarət olub. Papvort bildirib ki, o öz mesajına cavab almayıb. 1992-ci ildə mobil telefonlar mesajları qəbul etsələr də, amma mesaj göndərmək üçün kompüter tələb olunurdu.

"Mən mətn mesajlarını ixtira etməmişəm, sadəcə, ilk SMS mesaj göndərən xoşbəxt insanam" - Papvort deyib.
Məlumat üçün bildirək ki, ilk SMS mesajın göndərilməsindən 20 il sonra -  2012-ci ildə yalnız Böyük Britaniyada 151 milyard mesaj göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.