Maraqlı

Fiat yeni sedan Cronos təqdim edib - FOTO

10 Dekabr 2017 20:05
0 Şərh     Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fiat şirkəti Cronos adlı yeni sedanın sirrini açıb. Avtomobil əsasən Cənubi Amerika bazarı üçün nəzərdə tutulub. Avtomobil hetçbek Argo-nun bazasında yığılıb və italyan brendinin model sırasında sedan Linea-nın yerini tutacaq. Yerli bazarda isə yenilik Honda City, Hyundai Verna və Volkswagen Virtus ilə rəqabət aparacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, ıedanın dizaynı hetçbek Argo-nu xatırladır. Lakin avtomobil yeni bamperlər, hava çıxıntıları və radiator barmaqlığı alıb. Cronos, həmçinin diodlu optika və spoyler ilə təchiz edilib.

Sedan 1,3-litrlik benzin mühərrik alıb. O, 109 a.g.-ə malikdir və 5-pilləli mexaniki sürət qutusu ilə birgə işləyir. Müştərilərə, həmçinin 1,8-litrlik, 139 a.g.-ə malik, 6-pilləli avtomat sürət qutusu olan sedan da təklif ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.