Maraqlı

Azərbaycan alimləri yeni ulduzla bağlı araşdırmalar aparırlar

26 Noyabr 2017 22:22
0 Şərh     Baxış: 3 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan alimləri avropalı həmkarları ilə birlikdə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 3 ay əvvəl partlamış yeni ulduzun spektral müşahidələrini həyata keçirməyə başlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasının əvvəki aparatları beynəlxalq miqyasda tədqiqatlara qoşulmağa imkan vermirdi. Lakin hazırda mövcud olan müasir avadanlıqlar buna şərait yaradır:

"Dünyada göy sferasını monitorinq edən xüsusi qrup var. Onların çəkdiyi şəkillərin analizi əsasında məlum olub ki, qalxan bürcündə yeni parlaq obyekt əmələ gəlib, yeni ulduz aşkarlanıb. "Nova" adlanan bu ulduz çox zəif olub, bu yaxınlarda o, parlaqlığını 100 dəfədən çox artırıb. Araşdırmalarımızı ulduz "sakitləşənə" - əvvəlki vəziyyətinə qayıdana qədər davam etdirəcəyik. Bu ulduz 1 ay müddətində 2 dəfə partlayıb. Bu baxımdan həmin obyekt xüsusi maraq kəsb edir. Buna görə də onun spektral müşahidələrini intensiv davam etdirəcəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.