Maraqlı

Ana 13 yaşlı qızının önündə bıçaqlandı - VİDEO - FOTO

24 Noyabr 2017 14:45
1 Şərh     Baxış: 2 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

39 yaşlı Rakel Melo Motta 13 yaşlı qızının gözləri önündə bıçaqlanıb. Onunla dalaşan qadın Rakelə 3 dəfə bıçaqla zərbə endirib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Braziliyanın Rio de Janeyro şəhərinldən şimal-şərqdə yerləşən Makae şəhərində yaşanıb.

Bıçaqlanan Rakel avtomobilinin sükanı arxasına əyləşib və huşunu itirib.

O, təcili yardımla hospitala aparılıb və reanimasiya palatasında keçinib.

Rakel 13 yaşlı qızı ilə birlikdə alış-veriş mərkəzinə yollanmışdı. O, avtomobilini mərkəzin qarajına tərəf yönəldəndə arxadan gələn maşın Rakelin maşınına dəyib.

Həmin maşının sükanı arxasında İsla Kristina Pereyra de Souza vardı.

Qadınlar dalaşmağa başlayıblar və bu zaman İsla əlindəki bıçaqla 3 dəfə Rakeli vurub. Zərbələrin biri Rakelin ürəyinin altına dəyib.

Polisdən verilən məlumata görə, İsla Kristina Pereyra de Souza 2002-ci ildə doğulduğu Seara ştatında daha bir qadını qətlə yetirməkdə şübhəli bilinir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ana 13 yaşlı qızının önündə bıçaqlandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.