Maraqlı

"Apple" şirkəti ikinci nəsil "iPhone SE" smartfonunu təqdim etməyə hazırlaşır

24 Noyabr 2017 07:28
0 Şərh     Baxış: 1 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti ikinci nəsil "iPhone SE" smartfon modelini 2018-ci ilin birinci yarısında təqdim edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Economic Daily News" nəşri məlumat yayıb. Şərti adı "iPhone SE 2" olan smartfon eksklüziv olaraq Tayvanın "Wistron" istehsalçısı tərəfindən orijinal "iPhone SE" modelinin yığıldığı Hindistanın Benqalur şəhərində yerləşən fabrikdə hazırlanacaq.

"iPhone SE 2" smartfonunun ənənə üzrə 2018-ci ilin martında keçiriləcək mətbuat tədbirində nümayiş olunacağı gözlənilir.

İlkin məlumatlara görə, "iPhone SE" modelini əvəzləyəcək "iPhone SE 2" smartfonu "Apple A10" prosessoru daxil olmaqla, ötən il buraxılan "iPhone 7" ilə eyni texniki imkanlara malik olacaq. Bununla yanaşı, yeni qurğunun 4 düym diaqonallı dizaynı və "Touch ID" barmaq izi skanerini saxlayacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.