Maraqlı

Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?

23 Noyabr 2017 22:05
6 Şərh     Baxış: 5 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soğan ən faydalı tərəvəzlərdən biri sayılır. Soğanın bir çox növləri var.
Bazarlarda ağ, sarı və qırmızı soğan satılır. Görəsən, bunlardan hansı ən faydalıdır?
Kanada alimlərinin araşdırmaları göstərib ki, bütün soğan növləri arasında qırmızı soğan ən faydalı xüsusiyyətlərə malikdir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri nüfuzlu Food Research International jurnalında dərc olunub.
Qırmızı soğanın tərkibində olan kversetin və antosian antioksidantlarının damarları möhkəmləndirmək və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaltmaq xüsusiyyətləri vardır.
Kversetin və antosian maddələri orqanizmdə gedən qocalma proseslərini ləngidir, sərbəst radikalların orqanizmə olan dağıdıcı təsirini azaldır, orqanizmi köhnə hüceyrələrdən təmizləyir.
Digər soğan növləri ilə müqayisədə qırmızı soğan daha güclü xərçəng əleyhinə təsirə malikdir.
Həmçinin qırmızı soğan insan immunitetini daha yaxşı stimullaşdırır.
Faydalı xüsusiyyətlərə görə ikinci yerdə sarı, 3-cü yerdə isə ağ soğandır. Ağ soğanın çox yumşaq və xoş dadı var ki, onu salatlara əlavə etmək yaxşıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.