Maraqlı

Qrip əleyhinə dərmanlar QADAĞAN EDİLDİ: İçənlər özlərini pəncərədən atmaq istəyirlər

24 Noyabr 2017 07:21
0 Şərh     Baxış: 2 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada qrip əleyhinə ən çox istifadə edilən dərman preparatları apteklərdən yığışdırılır.

Milli.Az xəbər verir ki, bu barədə, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb. Məlumatda görə, son dövrlərdə ölkədə davamlı istifadə edilən dərmanlar qeyri-adi reaksiyalara səbəb olur. Xüsusilə də azyaşlı uşaqların soyuqdəymə əleyhinə təyin edilən dərmanları qəbul etdikdən sonra qəribə davranışlar sərgilədikləri müşahidə edilib.

Nazirlik dərmanların tərkibində hər hansı bir qatqının olduğundan şübhələnir. Bu səbəbdən də, yaxın günlərdə belə bir qərarın rəsmi olaraq təsdiqlənəcəyi bildirilib.
Sözügedən problemlə bağlı 54 şikayət daxil olub. Soyuqdəymə əleyhinə dərman preparatlarını qəbul edən şəxslər özlərini pəncərədən atmağa belə cəhd ediblər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.