Maraqlı

Ərəb şahzadələrinə amerikalılar işgəncə verir - Sensasiyalı açıqlama - FOTO

23 Noyabr 2017 10:57
4 Şərh     Baxış: 4 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın göstərişi ilə həbs olunmuş şahzadələrə, milyarderlərə və sabiq nazirlərə amerikalı muzdlular işgəncələr verirlər.

Milli.Az New York Times-a istinadən bildirir ki, ABŞ-ın "Blackwater" şirkətin 150 sabiq əməkdaşı hazırda Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı beşulduzlu "Ritz Carlton" otelindədir. "Academi" mühafizə şirkətinin əməkdaşları sayılan bu şəxslər həbs olunmuş şahzadələr və məmurlar üçün "lüks həbsxana"ya çevrilmiş oteli qorumaqla yanaşı, tutulan şəxslərin "istintaq"larında fəal iştirak edirlər.

Amerikalı muzdlular Ər-Riyada BƏƏ-nin Əbu-Dabi şəhərindən gətiriliblər.

Otelin ərazisindəki mühafizəni Səudiyyə Ərəbistanının polisi və hərbçiləri gerçəkləşdirir. Lakin şahzadə Məhəmməd bin Salman otelin daxilindəki mühafizəni yerlilərə etibar etmir.

"Orada saxlanan şəxslərin bir çoxu döyülür, onları hətta ayaqlarından asırlar. Şahzadə Məhəmməd işgəncələrdə iştirak etmir. Hər şey onun istintaq aparıldığı otaqdan çıxmasından sonra başlanır", - yerli mənbələrdən biri deyib.

İşgəncələrə məruz qalanlar arasında Səudiyyə Ərəbistanının ən zəngin vətəndaşı, kral ailəsinin mənsubu, 20 milyard dollarlıq sərvət sahibi şahzadə əl Valid bin Təlal da var.

Şahzadə Məhəmməd qohumu olan şahzadə əl Validi iqamətgahına, əl Yamama sarayına görüşə dəvət edib. Yerli vaxtla gecə saat 02.45-də şahzadə əl Validin maşın karvanı saraya çatanda, şahzadə də saraya daxil olanda o, həbs olunub.

Əl Valid bin Təlal indi döyülür, işgəncələrə məruz qalır.

"Ritz Carlton"da saxlanan şahzadələr, milyarderlər və sabiq nazirlərin bir çoxu dəhlizlərdə yerə atılmış porolon döşəklərin üzərində yatırlar.

Korrupsiya ilə mübarizə kampaniyası başlanandan bəri həbs olunanların bank hesablarının və əmlaklarının müsadirə olunması vasitəsilə 194 milyard dollar toplanıb.

"Academi" şirkəti Səudiyyə Ərəbistanında işgəncələrlə məşğul olduğunu təkzib edib.

Livan prezidenti Mişel Aun bu günlərdə Twitter profilində yazmışdı ki, ölkənin baş naziri Səad əl Həriri Səudiyyə Ərəbistanında zorla saxlanaraq ev dustağına çevriləndə onun mühafizəsi "Blackwater" şirkətinin əməkdaşlarına tapşırılmışdı.

M.Aun sonradan bu tvitini pozub.

ABŞ qanunvericiliyinə görə, xarici dövlətlərdə işgəncələrlə məşğul olmuş ölkə vətəndaşları 20 il müddətinədək azadlıqdan məhrum edilə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.