Maraqlı

Ərinin və oğlunun fotosunu çəkdi, məhkəməyə verildi - FOTO

22 Noyabr 2017 19:18
1 Şərh     Baxış: 1 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Arizona ştatının Uşaqların Müdafiəsi Departamenti (Arizona's Department of Child Safety) fotoqraf Hizer Uitteni məhkəməyə verib.

Səbəbsə qadının Facebook-dakı profilində paylaşdığı fotoşəkildir.

Milli.Az Twentytwowords-a istinadən bildirir ki, həmin fotoda Hizerin əri hamamda, qucağında bir yaşlı oğlu Foksu tutaraq oturub. Ata və oğlu çılpaqdırlar.

Foto sosial şəbəkələrdə sürətlə yayılandan sonra Departamentin əməkdaşları əvvəlcə Uittenlər evinə yollanıblar, sonra isə Hizer Uitteni məhkəməyə veriblər.

Qalmaqallı foto ötən il çəkilib.

"Foks özünü pis hiss edirdi. Onda ürəkbulanma və ishal vardı. Salmonellaya yoluxmuş oğlumuzun özünü çiməndən sonra daha yaxşı hiss edəcəyini düşündük və ərim Foksu hamama apardı. Orada ərimin oğlumu çimizdirməsi məni riqqətə gətirdi. Onların fotosunu çəkmək qərarına gəldim", - Hizer Uitten deyib.

Foto Facebook-da paylaşılandan sonra 140 min "like" toplayıb, onu 32 min nəfər paylaşıb. Lakin az sonra Facebook-un texniki xidməti fotonu "qaydaları pozan şəkil" adlandıraraq pozub.

"Bunun səbəbini anlamadım və fotonu yenidən paylaşdım. Facebook fotonu yenə sildi", - H.Uitten söyləyib.

Uittenlər ailəsində 4 övlad böyüyür - 7 yaşlı Lilian, 4 yaşlı Lina və iki yaşlı əkizdər Foksla Persefon.

Hizer Uittenin dediyinə görə, Departament əməkdaşları evə gələndə o, kiçik qızını əmizdirirdi: "Deyəsən, bu, müfəttişlərin xoşuna gəlmədi və məni məhkəməyə verdilər".

Departamentin iddiası qəbul olunarsa, Hizer Uittenə övladlığa götürmək və  ABŞ ərazisində uşaqlarla işləmək yasaqlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.