Maraqlı

Həkimlərə tüpürdü, iynə vurdu, öldü - FOTO

22 Noyabr 2017 14:59
1 Şərh     Baxış: 3 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dream Boy" ləqəbli bodibilder Gent Ueykfildin cəsədi İngiltərənin Staffordşir qraflığındakı Tanstoll şəhərindəki mənzilində tapılanda o, artıq üç gündü ki, ölmüşdü.

Milli.Az The Mirror-a istinadən bildirir ki, Gentin qohumlarının dediklərinə görə, daha effektiv məşqlər üçün o, insulin inyeksiyalarından istifadə etdiyindən ölümün səbəbinin də insulin olduğu güman edilir.

Gent ABŞ-da restler kimi çıxış etməyi arzulayırdı. Lakin məşqlərdən birində onun bitseps əzələsi dartılıb. Həkimlərin səhv diaqnozu ucbatından Gentin travması bərpa olunmayıb və restlinq döyüşlərini təşkil edən WWE "Dream Boy"la müqavilə imzalamayıb.

Bu səbəbdən 2012-ci ildə Gent həkimləri məhkəməyə vermiş, böyük məbləğdə təzminat almışdı.

O, ruhdan düşməmişdi və məşqlərini davam etdirirdi.

Bitsepsini bərpa etmək üçün Gent stereoidlər və insulindən istifadə edirdi.

Problemlər ötən ilin noyabrında başlanmışdı.

"Onun evinə girəndə Genti huşsuz vəziyyətdə yerdə uzanmış gördüm. Yenə hormon inyeksiyası vurmuşdu. Gent özünə gələnədək yarım saat keçdi. Amma o, həkimlərin yanına getmədi", - bodibilderin dostu deyib.

Daha sonra o, yerli hospitalda həkimlərlə dava edib, onların üzlərinə tüpürüb.

Polisdən verilən məlumata görə, cəsədi 3 gün evdə qalmış G. Ueykfildin inyeksiyadan sonra öldüyü güman edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.