Maraqlı

Əfsanəvi aktyor və müğənni vəfat etdi - FOTO

22 Noyabr 2017 10:11
0 Şərh     Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsanəvi amerikalı aktyor və müğənni, 67 yaşlı Devid Kessidi ABŞ-ın Florida ştatındakı Fort-Loderdeyl şəhərinin hospitalında keçinib.

Milli.Az Hollywoodreporter-a istinadən bildirir ki, Kessidi dünən günorta saatlarında dünyasını dəyişib.

"Devid sevdiyi insanların əhatəsində, qəlbində sevinc, onu uzun müddətdən bəri incidən ağrıdan qurtularaq öldü",  - müğənninin rəsmi nümayəndəsi Coanna Qeffen deyib.

Noyabrın 19-da Devid Kessidi kritik durumda hospitala yerləşdirilmişdi. Qeffenin dediyinə görə, Kessidinin daxili orqanlarında kəskin funksional çatışmazlıq vardı.

Kessidinin özü bu ilin fevralında demişdi ki, demensiyadan əziyyət çəkir. Üç il əvvəl isə  alkoqolizmdən qurtulmağa çalışdığını etiraf etmişdi.

Devid Kessidi 1970-1974-cü illərdə nümayiş olunmuş "Partridge Family" musiqili komediya serialından sonra məşhurlaşıb. Daha sonra o, teatr tamaşalarında baş rollarda oynayıb, konsertlər verib. Kessidinin filmlərdə və seriallarda 88 rolu vardı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.