Maraqlı

"Səhnədə seks" qaydaları niyə lazımdır?

21 Noyabr 2017 22:23
0 Şərh     Baxış: 1 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The Telegraph" teatr artistlərini müdafiə edən kampaniyaya istinadən yazır ki, aktyorlar seks səhnələrini oynayarkən, qılınc döyüşü səhnələrindəki qədər ehtiyatlı və təlimli olmalıdırlar.

Kampaniyanın hazırladığı "Səhnədə sex" adlı qaydalar kitabı kövrək artist və aktrisaları "cinsi istismardan" qorumağa çalışır.

Qaydalar kitabında habelə seks səhnələrinin və çılpaqlığın təqdimatlardan yığışdırılması və belə səhnələrin məşqi üçün qapalı səhnələrin qurulması tövsiyə edilir.

Bu qaydalar toplusunu tərtib edən rejissor Ita O'Brien özünü Britaniyanın "ilk intimlik rejissoru" adlandırır. Onun başçılıq etdiyi hərəkat teatrları səhnə ulduzlarına həssas səhnələrdə daha çox kömək etməyə çağırır.

O'Brien teatr sənətindən yazan The Stage jurnalına deyib: "Belə bir düşüncə var ki, aktyorlar qılınc oynada bilmirlər. Belə olduqda onlar üçün məşqçi dəvət edirlər. Ya da görürüsən ki, aktyor fokstrot oynaya bilmir. Onda xoreaqraf çağırırlar. Amma seksual kontakt və seksual ifadəyə gələndə elə bilirlər ki, bunu hamı bacarır. Odur ki, bu məsələyə çox ehtiyatsız bir yanaşma var..."

Onun fikrincə, seks səhnələrinin məşqlərində şəffaflığın olmaması aktyorları müdafiəsiz duruma salır.

Jurnal yazır ki, "Səhnədə seks" qaydaları artıq Orange Tree teatrının "Bir azca panika" tamaşasında və dram məktəblərində tətbiq edilir.

Carey Dodd Associates firmasının kampaniyaçıları bütün teatrları "şəffaflıq, açıqlıq, razılıq" prinsiplərinə qoşulmağa çağırırlar.

Bu ayın əvvəllərində Royal Court teatrı seksual qısnama və səlahiyyətdən sui-istifadələri önləmək məqsədilə davranış kodeksini qəbul edib.

Məcəllə müəllifləri yazırlar ki, onlar Hollywood və London teatrlarındakı seksual qısnamanın qarşısını almaq istəyirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.