Maraqlı

Evliliklərinin 17-ci ildönümünü belə qeyd etdilər - FOTO

19 Noyabr 2017 23:52
7 Şərh     Baxış: 3 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

73 yaşlı aktyor Maykl Duqlasla 48 yaşlı aktrisa həyat yoldaşı Ketrin Zeta-Cons evliliklərinin 17-ci ildönümünü qeyd ediblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, İnstaqram hesabında 17 il öncə toy fotosunu paylaşan aktrisa yazıb:

"17 il öncə dostum və oğlumun atasına (o zaman oğlumun 2 yaşı vardı) "Hə" dedim. O zaman bu qədər xoşbəxt olacağımı düşünmürdüm. İndi səninlə, Dilanla və Kerri ilə hər günüm bayram kimi keçir. Sevirəm səni, əziz Maykl".

Qeyd edək ki, cütlük 2000-ci ildə Nyu-Yorkda otellərdən birində nikah masasına oturub. Onların 19 yaşlı oğlu və 16 yaşlı qızı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.