Maraqlı

Dünyanın ən böyük hava gəmisi qəzaya uğrayıb - FOTO

18 Noyabr 2017 20:37
0 Şərh     Baxış: 1 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük hava gəmisi Böyük Britaniyada qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bedfordşir qraflığında baş verib.
 
20 tonluq "Airlander 10" açıq sahədə yerə düşüb.
 
Təyyarə ilə dirijablın hibridi olan sözügedən uçuş aparatının uzunluğu 92 metr təşkil edir.
 
Bildirilir ki, öncədən "Airlander 10" ABŞ ordusu üçün yaradılsa da, maliyyə çatışmazlığı ucbatından layihəni tamamlamaq mümkün olmayıb. "Airlander 10" 2016-cı ilin yay aylarında istismara verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.