Maraqlı

Müasir Avropalı və Cənubi Asiyalılar eyni genetik və mədəni qrupdur?

18 Noyabr 2017 21:25
0 Şərh     Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Science Jurnalında nümayiş olunan, paleogenetik Yoakim Burqerin başcılığı ilə bir qrup tədqiqatçının etdiyi yeni bir araşdırma Yaxın Şərqin Mesopotamiyadakı Bərəkətli Hilal bölgəsində yaşamış olan 2 mədəniyyətin təxminən 10 min il əvvəl ilk olaraq əkinciliyə başladığını göstərdi. Zaman içərisində bir qrup qərbə doğru genişləyərkən əkinçilik mədəniyyətini də özü ilə apardılar. Digər qrup isə şərqə doğru, Cənubi Asiyaya qədər ənənələri ilə birlikdə yayılıblar.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, elm adamları Bərəkətli Hilal bölgəsində genetik və mədəni olaraq tək bir qrupun yaşadığını düşünürdülər. Lakin bu araşdrıma bu bölgədə iki və ya daha çox qrupun ola biləcəyini göstərir. Cohannes Qutenberq Universitetindən paleogenetik Yoakim Burqerin başcılığı ilə araşdırmaçı qrupun bu çalışması Müasir Avropalıların və Cənubi Asiyalıların tək bir qrupdan daş dövrünə yayıldığı fikrini yenidən düşünmək lazım olduğunu deyir.

Burqer və qrupu 2016-cı ilin əvvəllərində Proceedings of the National Academy of Science jurnalına ilk Avropalı əkinçilərin Qərbi Anadoludan, İstanbul yaxınlığındakı bir bölgədən gəldiklərini də yazdılar. Elm adamları Anadolu cəmiyyətlərinin hətta daha irəli gedərək daha qədim qazıntı sahələri olan İran, İraq, Suriya və Cənub-Şərqi Anadolu bölgəsindəki birliklərin əkinçiliyini 10 min il əvvəl başladıqlarından şübhələnirlər.

Lakin DNT araşdırmaları fərqli şeylər izah edir. İrandakı antik iki yaşayış sahəsi 7 min ilə 10 min il əvvələ tarixləndirilir. Yaşayış sahələrində olan sümüklərdəki karbon və azot nisbətləri bölgədə yaşamış insanların ətdən daha çox əkinçilik məhsulu olan taxıl məhsullarını istehlak etdiklərini göstərir. Onlar əkinçi olduğu və bir neçə yüz il əvvəl Anadoluda yaşamış oldu halda, genetik analizlərin onların iki qan qruplarının qohum olmadıqlarını göstərir.

Çalışmanın ortaq araşdırmaçılarından genetik Qarrett Hillental əslində bu insanlar 45.000 ildən daha çox əvvəl Afrikadan çıxışlarından sonra 2 qrupa ayrılmış ola biləcəklərini ifadə edir. Hətta 10 min il əvvəlki İran və Anadolu bölgəsində yaşayan insanların əcdadları 36 min ilə 67 min illəri arasında çoxdan bir-birlərindən təcrid olmuş ola bilərlər.

"Antik anadolulu əkinçilərinin dəlilləri antik iranlı əkinçilərindən bir neçə yüz min il daha gəncdir. Amma iki mədəniyyət bir-birlərindən xəbərdar idi" - araşdırmaçı qrupun lideri Y. Burqer deyir.

Bu iki qrupun insanları ehtimalla fərqli görünür və fərqli dilləri danışırdılar. İki qrup arası evlilik yoxdur, amma şübhəsiz əkinçilik mövzusundakı fikirlərini bölüşürdülər.

Bu düşüncələr üzərinə başqa antropoloqların da fikirləri var. Democritus University of Thracedən Kristina Papageorgopoulou belə deyir: "əkinçiliyin inkişafından sonra bəzən iki mədəniyyət də köçməyə başlamış ola bilər. Niyə iki fərqli qrupa ayrıldıqları hələ bir sirrdir. Bərəkətli Hilalın şərqindəki antik insanlardan əldə ediləcək daha çox DNT nümunələri ilə bu sirri həll edə bilərik."

Kristina sözlərinə belə davam edir "həmçinin bu DNT nümunələri ilə antik Anadolu və İran icmalarının aralarındakı sərhədlərini və ya xəttlərini ortaya çıxarda bilirik. Onların arasında bir əlaqə olduğunu xəyal edə bilmirəm. Əgər bir qarşılıqlı olsaydı, elm insanları bunu DNT-lərində ortaya çıxarda bilərdi. Ancaq məncə aralarında bir növ maneə var idi."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.