Maraqlı

Yeni süni qan istehsalı üsulu yaradıldı

18 Noyabr 2017 22:25
0 Şərh     Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər yeni kütləvi qan istehsalı üsulunu təqdim ediblər. Metodika sahə üzrə mini-inqilab vəd edir. Hələlik mütəxəssislər yeni üsulun məşhurlaşması üçün səy göstərir.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, Bristol universitetindən olan alimlər gələcəkdə qeyri-məhdud miqdarda qan istehsalını mümkün edəcək tibbi metodu təqdim ediblər. İndiki dövrdə də süni qan istehsalı mümkündür. Bunun üçün alimlər 50 minə qədər qırmızı qan hüceyrəsi olan eritrosit istehsal edə bilən qan yaradan kök hüceyrələrindən faydalanır. Belə əməliyyat yalnız kök hüceyrənin tamamilə tükənməsinə qədər davam etdirildiyindən mütəxəssislər bu məhdudiyyət problemini həll etmək qərarına gəliblər.

Yalnız bir hemositoblast hüceyrə ilə siçanlarda radiasiya təsirilə faktiki olaraq məhv edilmiş qan yaradan toxumanı bərpa etmək mümkündür. Müasir dövrdə erkən mərhələlərdə kök hüceyrələri istifadəsi vacib nəticələr təmin edir. Tədqiqatın müəlliflərindən olan Yan Freyn qeyd edir ki, kliniki sınaqlar üçün uyğun davamlı eritrosit istehsalı üsulu nümayiş etdirə biliblər. Belə ki, artıq bir neçə litr süni qan əldə edilib.

Sözügedən uğura xüsusi laboratoriya şərtlərində nail olunub. Yeni metodikanın sahə üzrə hər yerdə tətbiq edilməsini mümkün edəcək aparat hələlik mövcud deyil. Bununla belə alimlər yeni konsepsiya ilə əlaqəli tədqiqatları davam etdirəcəklərini etiraf edirlər. Başqa deyimlə, süni qan pasientlərə donor qandan daha baha başa gələcək.

Süni qanın donor qanla müqayisədə üstünlüyü bundan ibarətdir ki, birincisində viruslara yoluxma riski minimuma endirilib, xüsusi şərtlərdə qorunması isə daha asandır. Lakin çatışmazlıqlar da var: süni qanın tərkibində yüksək toksik maddələr mövcuddur. Qeyd etmək lazımdır ki, ilk laboratoriyada yetişdirilmiş süni qan yeridilməsi əməliyyatı 2011-ci ildə həyata keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.