Maraqlı

BMW 460-güclü M3 təqdim edib - FOTO

2 Dekabr 2017 23:05
0 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir sıra cəlbedici elanlardan sonra Bavariya markası BMW rəsmi olaraq güclü sedan M3 üçün modifikasiyanın sirrini açıb. BMW M3 CS 460-güclü mühərrik alın və məhdud sayda istehsal ediləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, rəsmi təqdimata qədər güman edildiyi kimi, ekstremal sedan BMW M3 CS 2018 3,0-litrlik, 6-silindrli TwinPower Turbo alıb ki, o, 460 a.g. və 600 Nm fırlanma anına malikdir.

Alman brendinin nümayəndələrinin sözlərinə görə, mühərrikin gücü qaz paylayıcı Double-VANOS sistemi, soyuq havalandırma, yüksək təzyiqdə yanacaq ötürməsi və yeni qazburaxma sistemi sayəsində artırılıb.

Dinamik xarakteristikaya gəldikdə, 7-pilləli robot DCT (M Double Clutch Transmission) sürət qutusu ilə təchiz edilmiş 460-güclü sedan BMW M3 CS yerindən 100 km/saata 3,9 saniyəyə sürətlənə bilir, maksimal sürət isə 280 km/saatdır.

Buna baxmayaraq, avtomobil kifayət qədər qənaətcildir. Məlumata əsasən, güclü sedan qarışıq şəraitdə hər 100 km məsafəyə cəmi 8,3 litr yanacaq sərf edir. Şirkətdən bildiriblər ki, model adi sedan M3-dən (F80) 50 kq yüngüldür. Bu da karbon plastik lifindən istifadə sayəsində əldə edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.