Maraqlı

Chevrolet güclü Corvette ZR1 təqdim etdi - FOTO

2 Dekabr 2017 22:05
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlkin elandan sonra General Motors Dubatda çoxdan gözlənilən ekstremal kupe Chevrolet Corvette ZR1 2019 modelinin təqdimatını keçirib. Yüksək məhsuldarlı avtomobil 766-güclü mühərrik alıb və məhdud sayda istehsal ediləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeni güclü Chevrolet Corvette ZR1 modelinin dünya üzrə təqdimatı Dubay-2017 beynəlxalq avtosalonda keçiriləcək. Avtomobilin təqdimatında amerikan brendinin rəhbərliyi bildirib: Şah qayıdır və o, əvvəlkindən də güclü olacaq.

Amerikan şirkətinin nümayəndələrinin belə sözlərinin ciddi səbəbi var. Yeni kupe Chevrolet Corvette ZR1 təkmilləşdirilmiş 6.2LT5 V8 mühərriki ilə təchiz edilib. O, 765,45 a.g. və 969 Nm fırlanma anına malikdir. Şirkətdən bildiriblər ki, mühəndislər amerikan konserninin tarixində ilk dəfə olaraq yanacağın ikiqat sıçradılması sistemini hazırlayıblar və bunun sayəsində güc nəzərəçarpan dərəcədə artıb.

Ekstremal kupe Chevrolet Corvette ZR1 2019-un güclü mühərriki ya 7-pilləli mexaniki, ya da 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.

Amerikan brendi Chevrolet-in nümayəndələri yenilik barədə ətraflı məlumat verməyiblər, lakin yeni model Corvette ZR1 maksimal sürətə malikdir - 337 km/saat. Yeni ekstremal model Chevrolet Corvette ZR1 iki paketlə əldə edilə bilər: Low Wing və ZTK Performance Package (High Wing).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.