Maraqlı

Türkiyədə bir ilk: robotlar insanları əvəz edəcək - VİDEO - FOTO

17 Noyabr 2017 21:54
0 Şərh     Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə insanabənzər robot istehsal edən ilk zavod fəaliyyətə başlayıb.

Milli.Az xəbər verir ki, ölkənin Konya bölgəsində, "Akınsoft" adlı şirkət tərəfindən təsis edilən zavod Türkiyədə bir ilkə imza atacaq.

Şirkətinin idarə heyətinin sədri Azad Akın bildirib ki, hazırlanacaq robotlar ev işlərində, gündəlik həyatda insanları əvəz edə biləcək alqoritmlərlə proqramlaşdırılacaq. "Ada GH5" seriyalı robotlar rahat şəkildə alış-veriş mərkəzlərində, məhsul tanıtımlarında, sərgilərdə, daşıma xidmətlərində, avtovağzal, ya da hava limanlarında yol göstərən şəxsləri əvəz edə biləcək:
"Hətta bu robotların tibb müəssislərində tibb bacılarını da əvəz edə biləcək potensiala sahib olacağını deyə bilərəm".

Layihə üzərində 22 il çalışan mütəxəssislər robotların əhali üçün çox faydalı olacağına əmindirlər. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyədə bir ilk: robotlar insanları əvəz edəcək -

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.