Maraqlı

Yataq ağları həftədə neçə dəfə dəyişilməlidir? - ALİMLƏRİN FİKRİ

17 Noyabr 2017 22:00
4 Şərh     Baxış: 4 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika mikrobioloqları araşdırmalar zamanı aşkar ediblər ki, yataq ağlarının gec-gec dəyişilməsi allergiya, astma, dəri iltihabları, dəri və saç xəstəliklərinin riskini artırır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunun səbəbi yataq ağlarında yaşayan və isti və nəm şəraitdə sürətlə artan mikroblar, göbələklər və mikroskopik gənələrdir.

Saglamolun.az xarici KİV-lərə istinadən xəbər verir ki, alimlərin fikrinə görə yataq ağlarının dəyişilməsi  qaydası belə olmalıdır:
- yastıq üzləri - həftədə 2 dəfə
- döşəkağı - həftədə 1 dəfə
- yorğan üzləri - 1 həftədən bir.
Müxtəlif səbəblərə görə yataq ağları daha tez-tez dəyişilə bilər. Məsələn, soyuqdəymə və qripp xəstəliyi zamanı yataq ağları hər gün dəyişilməlidir. Lakin mütəxəssislər yataq ağlarını daha gec-gec dəyişməyi tövsiyə etmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.