Maraqlı

Obrazlarına görə haldan-hala düşən aktyor - FOTO

17 Noyabr 2017 21:48
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Obrazları üçün tez-tez kökəlib-arıqlayan amerikalı aktyor Kristian Beyl bu dəfə də təəccübləndirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 2018-ci ildə təqdim olunacaq "Backseat" filmi üçün Kristian yenidən kökəlib.

Beyl bu ekran işində ABŞ prezidenti Corc Buşun köməkçisi rolunda oynayacaq.

Aktyorun sənət yoluna nəzər salsaq, onun qısa müddətdə necə kökəlib-arıqladığını görə bilərik. 

"Amerikalı dəli" filmində (2000) aktyor 81 kloqram olub.

"Atəş krallığı" filmi (2002) və Kristian 83 kiloqramdır.

İki ildən sonra, yəni 2004-cü ildə "Sürücü" filmi üçün 55 kiloqrama düşən aktyor hamını qorxutmuşdu.

Lakin bir il sonra "Betmen" (2005) ekran işində o, artıq 86 kiloqram olmuşdu.

"Şəfəq əməliyyatı" (2007) filmi üçün 24 kiloqram arıqlayan Beyl bu dəfə 62 kiloqramla izləyicilərin qarşısına çıxıb.

Aktyor 2010-cu ildə çəkildiyi və "Oskar" aldığı "Döyüşçü" filmində isə 66 kiloqram olub. 

"Kələkbaz" (2013) ekran işində isə hər kəsi çəkisi ilə şoka salan Kristian 103 kiloqrama qədər kökəlib.

Beyl "Tanrılar və krallar"da (2014) 85 kiloqramadək arıqlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.