Maraqlı

Ərəb Bakıdan qız aldı, gəlini qızılı "Rolls Royce"la apardı - VİDEO

17 Noyabr 2017 12:04
101 Şərh     Baxış: 24 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı qız ərəb oğlanla ailə həyatı qurub. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, gəlin gətirmə Bakıda 9-cu mikrorayonda baş tutub. 

Ərəb bəylə gəlinin binadan çıxmasının və gəlin maşınına əyləşməsinin videosunu fotoqraf Orxan Məmmədov sosial şəbəkədə paylaşıb. 

Qohum-əqrəba bəylə gəlini vağzalı sədaları altında və ərəblərə məxsus xüsusi səslərlə yola salıb. 

Bəylə gəlin qızılı rəngli "Rolls-Royce" markalı avtomobilə minib. 

Qeyd edək ki, son illər əcnəbilərlə ailə həyatı quran azərbaycanlı qızların sayı artıb. Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar. 

Əcnəbilərə ərə gedən azərbaycanlı xanımlar daha çox türklərlə beynəlmiləl izdivac bağlayıblar. Azərbaycanlı qızların xoşbəxt etdiyi əcnəbilərin sırasında sonrakı yerdə İran vətəndaşları gəlir. 

Həmçinin azərbaycanlı xanımlar Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları da var. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ərəb Bakıdan qız aldı, gəlini qızılı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.