Maraqlı

93 yaşlı diktator inad edir - Getmirəm! - FOTO

17 Noyabr 2017 11:27
1 Şərh     Baxış: 3 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zimbabve prezidenti Robert Muqabe ölkədə hərbi çevrilişi gerçəkləşdirmiş hərbçiləri və Cənubi Afrika Respublikasının nümayəndələrini paytaxt Hararedəki iqamətgahında qəbul edib.

Milli.Az The Herald-a istinadən bildirir ki, görüşdə hərbi çevrilişin rəhbəri, Zimbabve ordusunun Baş Qərargah rəisi general Konstantino Çivenqa, müdafiə naziri Sidney Sekeremayi, dövlət təhlükəsizliyi naziri Kembo Mohadi, habelə CAR-ın müdafiə naziri Nozivive Mapisa-Nkakula və CAR-ın dövlət təhlükəsizliyi naziri Bonqani Bonqo, habelə katolik keşiş Fidelis Mukonori iştirak ediblər.

Keşiş Mukonori çevrilişi gerçəkləşdirmiş generallarla Muqabe arasında dünən baş tutmuş danışıqlarda vasitəçi olub.

Generallar 93 yaşlı R.Muqabeyə istefa verməyi təklif etsələr də, ahıl dövlət başçısı razılaşmayıb. Onun dediyinə görə, yalnız rəhbərlik etdiyi, ölkədə iqtidarda olan ZANU-PF partiyasının Rəyasət Heyətində keçiriləcək səsvermənin nəticələrindən sonra postunu tərk edəcək.

Noyabrın 14-də hərbçilər tanklarla və zirehli maşınlarla paytaxt Harareyə daxil olaraq strateji məkanları nəzarətə götürüblər. Ertəsi gün prezident Robert Muqabe, onun 52 yaşlı xanımı Qreys Muqabe və maliyyə naziri İqnasius Çombo ev dustağı edilmişdilər.

Q.Muqabe az sonra buraxılmış və təyyarə ilə Namibiyaya yollanmışdı.

Robert Muqabenin 30 illik fasiləsiz hakimiyyətinə könüllü son qoymaq istəməməsi generalları sərt addımlar atmağa vadar edə bilər. Zimbabveli generallar indiyədək "biz hərbi çevriliş etməmişik, ölkə siyasətində düzəlişlər etmişik" söyləsələr də, indi fikirlərini dəyişərək dövlət çevrilişini bəyan edə bilərlər. Bundan başqa, Zimbabvedə fövqəladə və hərbi vəziyyətin elan ediləcəyi istisna deyil.

Belədə Zimbabvedə vəziyyət qanun çərçivəsindən çıxacaq, ciddi regional oyunçular olan Afrikanın Cənubunun İnkişaf Birliyi (SADS) ilə Afrika Birliyi (AU) situasiyaya müdaxilə etmək məcburiyyətində qalacaqlar.

Robert Muqabe ölkədə hakimiyyət dəyişikliyini sivil, dinc formada reallaşdıra bilər. Bunun üçün o, arvadına qarşı cadugərlikdə suçladığı vitse-prezident Emmerson Mnanqaqvanın vəzifəsində bərpa etməlidir.

40 ildən bəri Muqabenin "sağ əli" olmuş Mnanqava mühacirətdən qayıdıb, Hararedədir.

Ölkə Konstitusiyasına görə, Mnanqava vitse-prezident postuna qaytarılandan və Muqabe istefa verəndən 90 gün sonra avtomatik olaraq prezident sayılır.

Robert Muqabenin ən ciddi müxaliflərindən biri, ölkənin sabiq baş naziri Morşan Svanqiray da xərçəng xəstəliyindən müalicə aldığı CAR-dan vətənə qayıdıb.

2008-ci ildə keçirilən prezident seçkilərində o, 1-ci turda Robert Muqabeni üstələsə də, sonra namizədliyini geri götürmüüşdü. R.Muqabe də onu baş nazir təyin etmişdi.

Zimbabvedə iqtidarda odan ZANU-PF partiyasının Twitter akkauntunda bəyan edilib ki, Emerson Mnanqava artıq partiyanın sədridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.