Maraqlı

Alişa Çinay Şəkiyə heyran qalıb: "Hər yerdə Azərbaycan haqqında danışacam" - FOTO

16 Noyabr 2017 15:41
Baxış: 2 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hind estradasının primadonnası Alişa Çinay Azərbaycana səfəri çərçivəsində bərəkətli yerlərdən birində - Şəki şəhərində olub.

Bunu Trend-ə "Full House Entertainment"in rəhbəri Dia Soun Kxe deyib. Şəkiyə səfər "Marxal Resort&Spa" tərəfindən təşkil edilib.

Şəkiyə ikigünlük səfər A. Çinayın yaddaşında parlaq təəssüratlar buraxacaq. Beşulduzlu oteldə istirahət, füsunkar təbiət, təmiz hava və milli mətbəx, Şəkinin görməli yerlərinə - Şəki xanlarının sarayı, Karavansara, Gələrsən-Görərsən qalası, Kiş kəndində Alban kilsəsi və digər tarixi məkanlara ekskursiya Hindistandan olan qonağı məftun edib.

A.Çinay bildirib: "İlk dəfədir Azərbaycandayam, lakin gəlməzdən qabaq gözəl ölkəniz barəsində çoxlu video-materiallara baxmışam. Ancaq gördüklərim bütün gözləntilərimi üstələdi və ən qeyri-adi hisslərə qərq olmuşam. Qədim memarlığı və müasir binaları olan möhtəşəm Bakıdan sonra Yerin cənnət guşəsi Şəkiyə gəldim. Xüsusən Şəki xan sarayı xoşuma gəldi, onun ab-havası divarlarında və tavanlarında xeyli sayda bəzəkli miniaturalrın olduğu doğma hind məbədlərimizi xatırlatdı, heç bir mismardan istifadə edilmədən yığılmış rəngli vitrajlar isə əsl möcuzədir! Mən hətta burada yeni kilipimi çəkmək istədim. Məhz Şəkidə ölkələrimiz arasında mədəniyyətlərin ümumiliyini hiss etdim. Xüsusən bu, zərgərlik sənətinə aiddir. "Marxal Resort&Spa" butikində mənim libasımı tamamlayan gümüş sırğalar aldım. Azərbaycanda necə də heyrətamiz milli mətbəx - son dərəcə gözəl yeməklər, məsələn, kabab və düşbərə var. Bundan sonra hər yerdə Azərbaycanın ən mehriban və dost ölkə olduğu barədə bəhs edəcəm! Bu təəssüratlar mənə uzun müddət kifayət edəcək! Yayda mütləq Azərbaycana qayıdacam!". A. Çinay otelin rəhbərliyinə, o cümlədən ekskursiyaların keçirilməsinə görə meneceri Mehman Əlizadəyə minnətdarlığını bildirib.

Xatırladaq ki, A. Çinay Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunmuş möhtəşəm "Bollywood Night" bayramında iştirak edib. Konsert Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilib. "Bollywood Night" Hindistanın Azərbaycandakı Assosiasiyası (prezidenti Sobi T. Abraham) və "Full House Entertainment" tərəfindən təşkil edilib. Azərbaycan və hind ulduzlarının, rəqs kollektivlərinin iştirakı, hind milli geyiminin dəfiləsinin və Leyla Əhmədovanın kolleksiyalarının nümayişi ilə keçirilən konsert ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevrildi. Azərbaycan Televiziya və Radiosunun solisti, xalq artisti, Bollivudun Azərbaycanda ulduz səfiri Faiq Ağayev bayram gecəsində çıxış edib. Məşhur filmlərdən hind mahnıları azərbaycanlı ifaçılar Ceyhun Bakinski, Fərid Həsənov, Kamran Həsənli və Könül Kərimova dueti və digərləri tərəfindən səsləndirilib. Gecənin aparıcıları Nərminə Ağası və Samir Bayramlı olublar. Rəqslərin və gecənin quruluşçu rəssamı Etibar Quliyevdir.

Qonaqlar üçün dünya xalqlarının milli mətbəxlərinin və suvenirlərin olduğu "Food & Shopping Festival" yarmarkası da təşkil edilib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.