Maraqlı

Erkan Petekkayanın xanımı ilə romantik anları

14 Noyabr 2017 22:07
0 Şərh     Baxış: 722

Hazırda "Kayıt Dışı" serialında baş rolda oynayan aktyor Erkan Petekkaya ötən gecə restoranlardan birində xanımı Didem Petekkaya ilə görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük Ayla Çelikin "Bağdad" mahnısının sədaları altında romantik anlar yaşayıb.

Ərinin gözlərinə baxaraq mahnını zümzümə edən Didemin görüntüləri kameralara tuş gəlib.

Cütlüyün romantik anı qısa zamanda sosial mediada ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

Xatırladaq ki, 46 yaşlı aktyorun bir neçə gün əvvəl ticarət mərkəzlərindən birindən çıxıb avtomobilinə minərkən ayağı burxulub. Dərhal xəstəxanaya aparılan aktyorun ayağının sındığı bildirilib və gipsə salınıb.

Erkanın ayağının sağalanadək çəkilişlərdən uzaq qalacağı açıqlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.