Maraqlı

Google restoranlarda gözləmə vaxtını deyəcək

18 Noyabr 2017 08:21
0 Şərh     Baxış: 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkətinin istifadəçiləri üçün servislər vasitəsilə kafe və ya restoranda bu və ya digər masanın nə vaxt boşalacağını öyrənməyə imkan verən yeni funksiya istifadəyə verilib. Yeni funksiyadan "Google Maps" proqramında, eləcə də axtarış sistemində yararlanmaq mümkündür.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, məlumat bazasında 500 minə yaxın müəssisə haqqında informasiya toplanıb. Bundan başqa, funksiyanın sutka ərzində fəaliyyət göstərməsi istənilən vaxt boş masa haqqında informasiyanı asanlıqla əldə etməyə imkan verir.   
 
Bütün lazımi informasiyanı öyrənmək üçün istifadəçi "Google" axtarış sətrində iaşə obyektinin adını yazmalı və ya kartdan istifadə etməlidir. Restoran və ya kafenin kartını açan istifadəçi "Popular Times" adlı xüsusi blok görəcək. Orada göy zolaqlı vaxt qrafiki qeyd olunacaq. Zolaqlar gözləmə vaxtını (məsələn, 30 dəqiqə) bildirir.
 
İstifadəçilər sistemin anonim məlumatlar toplayaraq onlar əsasında hesablamalar aparmasına görə obyektdə ən çox yüklənən vaxtları və həftənin günlərini öyrənmək imkanına malik olacaqlar. Yeni funksiya, həmçinin muzey və ərzaq mağazaları üçün nəzərdə tutulub.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.